Logo

Yer kürəsini dəhşətli fəlakət gözləyir - Səbəbi isə... - VİDEO

Yer kürəsini dəhşətli fəlakət gözləyir - Səbəbi isə... - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur britaniyalı alim Stiven Houkinq Yer kürəsini yaxın 10 min ildə dəhşətli texnogen qəzanın gözlədiyini deyib.

Sfera.az xəbər verir ki, bu barədə alim BBC telekanalına müsahibəsində bildirib:

“Hazırda Yer planetində texnogen qəzanın baş verməsi ehtimalı kifayət qədər aşağı olsa da, bu ehtimal zamanla artır. Yaxın min, yaxud 10 min il ərzində əminliklə bunun baş verəcəyini demək olar”

Houkinq hesab edir ki, həmin vaxta qədər insanlar yeni kosmik məkanlar və ulduzları fəth etdikləri üçün Yer kürəsindəki qəza bəşəriyyətin sonu olmayacaq. Alim düşünür ki, sonda insanlar başqa planetlərdə koloniya qura biləcəklər.

Fizik XXI əsrdə bəşəriyyət üçün ən böyük təhlükənin nüvə müharibəsi, qlobal istiləşmə və genetik modifikasiyaya uğramış viruslar olduğunu deyib. Onun fikrincə, elm və texnologiyanın qarşıdakı inkişafı yeni təhlükələr yaradacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR