Logo

Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.

Sfera.az xəbər verir ki, səfirlik həmin şəxslərə AZAL-ın Varşava-Bakı istiqaməti üzrə həyata keçiriləcək ödənişli təxliyə reysi ilə bağlı aşağıdakı məlumatları təqdim edib:

1) Xahiş edirik, müraciətiniz əsasında sizə göndərilmiş elektron linklər üzrə ödənişi həyata keçirib-keçirmədyinizi 20.05.2020-ci il saat 18:00-a qədər bildirəsiniz.

2) AZAL-ın təşkil etdiyi təxliyə reysi 21.05.2020-ci il tarixdə gündüz saat 12:00-da Varşava Şopen hava limanında A terminalında E bölməsindən həyata keçiriləcək.

2) Nəzərə alaraq ki, bu xüsusi reysdir, bilet üçün ödəniş etmiş sərnişinlərdən hava limanında uçuşdan üç saat öncə saat 09:00-da olmağınız xahiş edilir. Bu müddət ərzində təyyarəyə qeydiyyatdan keçməyiniz üçün zəruri prosedurlar həyata keçiriləcək. Xahiş edirik, gecikməyin!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR