Logo

Bayram gününə olan hava proqnozu açıqlandı

Bayram gününə olan hava proqnozu açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Martın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, günün 1-ci yarısı 14-18 dərəcə isti, axşama doğru 8 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, günün birinci yarısı 15-17 dərəcə isti, axşama doğru 8 dərəcə isti olacaq.
Martın 20-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR