Logo

Bahar Azərbaycana sabah gələcək

Bahar Azərbaycana sabah gələcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2016-cı ildə bahar Azərbaycana martın 20-də Bakı vaxtı ilə 08:30-da qədəm qoyacaq.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a bildiriblər.
Qeyd olunub ki, buna görə də həmin gün Novruz bayramı hesab olunacaq.
Martın 20-də də gecə və gündüz bərabərləşəcək.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır. 
Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq. 
26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR