Logo

Ramazan ayının 26-cı gününün imsak və iftar vaxtları

Ramazan ayının 26-cı gününün imsak və iftar vaxtları
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Sabah Ramazan ayının 26-cı günüdür.

Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 20-də imsak vaxtı saat 03:32-də, iftar vaxtı isə 20:10-dadır.

26-cı günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: "Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!”.

Tərcüməsi: "İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”

İftar duası:

Duanın oxunuşu: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR