Logo

Bakıda daha bir avtobus qəzası - Ölən və yaralananlar var

Bakıda daha bir avtobus qəzası - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda daha bir avtobus qəzası baş verib.
Sfera.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi "Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi "Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR