Logo

Büdcədən düzgün istifadə etməyənlər cəzalandırılacaq

Büdcədən düzgün istifadə etməyənlər cəzalandırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Məclisin bugünkü plenar iclasında dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəzaların tətbiq edilməsi barədə layihəsi təsdiqlənib. 
Sfera.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddə əlavə edilib.
Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq.
Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR