Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
XİN sözçüsü deyib ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etmənin və mümkün qədər səfərlərdən çəkinmənin vacib olduğunu bir daha göstərir:
"Öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl olunmasının və səfərlərdən çəkinmənin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd etmişik.
Bir daha vətəndaşlarımıza səslənərək öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün olduğu qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik".






