Logo

Prezident: "Lenini basdırmaq lazımdır"

Prezident: "Lenini basdırmaq lazımdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

O, insanların Leninin cəsədini Mavzoleydə görmək istədiklərini başa düşür.

"Vladimir İlyiç Leninin Mavzoleydə olan nəşini basdırmaq lazımdır". 

ANS PRESS-in məlumatına görə, belə fikirlə 
İnquşetiyanın dövlət başçısı Yunus-Bəy Yevkurov çıxış edib.

"Mən mömin bir insan kimi hesab edirəm ki, Leninin meyitini istənilən bir insan kimi basdırmaq lazımdır. Axı o da bir insan olub", - deyə Yevkurov bildirib. 

İnquşetiya prezidenti qeyd edib ki o, insanların Leninin cəsədini Mavzoleydə görmək istədiklərini başa düşür. "Məndə çox şey istəyirəm", - deyə Yevkurov əlavə edib.

Prezident: "Lenini basdırmaq lazımdır"
Yunus-Bəy Yevkurov- İnquşetiya prezidenti

Yanvar ayının 21-də 
Rusiya prezidenti Vladimir Putin də ölkənin Elm və Təhsil Şurasının iclası zamanı Lenin haqda fikirlər səsləndirib. Putin, Leninin hakimiyyətdə olduğu dövrdə Rusiyanın altına "atom bombası" qoymaqda ittiham edib. 

Vladimir Putin Kurçatov institutunun direktoru 
Mixail Kovalçukun Boris Pasternakın “Yüksək xəstəlik” poemasında Lenin haqda bəhs edən hissədən sitat gətirməsinə şərh verərkən Leninin səhvləri barədə danışıb.

“Fikir axınını idarə etmək lazımdır - bu düzgündür, amma bu faydalı nəticələrə gətirib çıxarmalıdır. Vladimir İlyiçdə olduğu kimi pis yox. Yekunda bu fikir Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Orada belə fikirlər çox idi: muxtarlıq və s. Rusiya adlanan binanın altına "atom bomba"sını qoydular və sonra o partladı. Dünya inqilabı da bizə lazım deyildi”, - deyə Putin bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR