Logo

2 direktor işdən qovuldu, 3-ü isə töhmət aldı

2 direktor işdən qovuldu, 3-ü isə töhmət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İlin əvvəlindən başlayaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində, əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılır.
İdarədən Oxu.Az-a verilən xəbərə görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoruMəmmədova Aygün Mehman qızına yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Bəxtiyarova Günel Mahir qızına və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızına  töhmət verilib.
Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Bayramova Afaq Sənan qızı və H.Abbasov adına Mədəniyyət evinin direktoru Qədimov Kamal Kamil oğlu tutduqları vəzifədən azad olunublar.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR