Logo

Karantindən sonra kafe və restoranlar yeni qaydalar əsasında işləyəcək

Karantindən sonra kafe və restoranlar yeni qaydalar əsasında işləyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.

TƏBİB-in  açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

- Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR