Logo

“AÇQ” Azərbaycana 118 milyard dollar qazandırıb

“AÇQ” Azərbaycana 118 milyard dollar qazandırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Neft Fondu (SOFAZ) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin martın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.

Bu ilin yanvar-fevral aylarında AÇQ yataqları üzrə fond 790 milyon ABŞ dolları, "Şahdəniz” yatağı üzrə isə 14 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.03.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 117,799 milyard ABŞ dolları, "Şahdəniz” yatağı üzrə isə 2,457 milyard ABŞ dolları həcmində gəlir əldə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR