Nərimanovda bayram tədbiri keçirildi - Fotolar
Bu gün Nərimanov rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Rəhimov Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
İH-dən "Qafqazinfo”ya daxil olan məlumata görə, bayram mərasimində İcra nümayəndələri, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarına qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının təcəssümü olan səməni və müxtəlif şirniyyatlarla süfrələr bəzədilib.
Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında konsert proqramı təşkil olunub. Bayramın əsas personajları olan Bahar qızı, Kosa və Keçəl çıxışları ilə şənliyə zövq qatıblar. Bundan başqa, rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivləri Novruz atributlarından ibarət sərgi nümayiş etdirib.

