“Azəriqaz”: Rayonlara qazın verilişi bərpa olunub

“Azəriqaz”: Rayonlara qazın verilişi bərpa olunub

 

Martın 15-də Azərbaycanın ümumilikdə 15 rayonunun qaz təchizatı məhdudlaşdırılmışdı. Elə həmin gün bəziləri qeyd edirdilər ki, buna səbəb Dövlət Neft Şirkətinin (SOCAR) qənaət rejimi tətbiq etməsi ilə bağlıdır. Hətta bildirilirdi ki, qış mövsümündə bu cür təmir işlərinin aparılması düzgün deyil. 

Oxu.Az bu məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin (İB) mövqeyini öyrənməyə çalışıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev qeyd edib ki, o rayonların qaz təchizatı elə həmin gün bərpa olunub. 

İ.Kərbəlayev, həmçinin səslənən iddalara da ayıdınlıq gətirib:

"Bu zəruri səbəbdən aparılan işlər idi. Planlı şəkildə aparılan təmir işləri deyil idi. Zərurət yaranıb. Hər hansı bir qaz sızması baş verir və ya qaz xətti üzərindəki avadanlıq istismarı başa çatır, onu yenisi ilə əvəzləmək lazımdır. Bunun mövsümə aidiyyatı yoxdur”, - deyə o qeyd edib. 

Bundan başqa, o həmçinin bildirib ki, İB tərəfindən qış mövsümündə də işlər aparılır:

"Qış vaxtı da planlı şəkildə işlərin aparılması tərəfimizdən həyata keçirilir. Yalnız zərurət yarandıqda. Bütün işlər yay vaxtında həyata keçirilir. Məsələn, qaz xətləri yenisi ilə əvəz olunur.

Amma qeyd etdiyim kimi, yalnız zərurət yarandığı təqdirdə, işlər qış mövsümündə də həyata keçirilir. Məsələn, hər hansı bir rayonda qaz sızması baş verir, boru avadanlıqları sıradan çıxır. İstismar müddəti başa çatır. Bu işlər qış mövsümündə aparılır ki, bunlar isə planlı xarakter daşımır”, - deyə o əlavə edib. 

Qeyd edək ki, martın 15-də Bakı şəhərinin Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Nərimanov, Nəsimi, Suraxanı və s. rayonlar üzrə qaz təchizatı məhdudlaşdırılmışdı. 


OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...