Logo

“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD

“Çakır” ləqəbli icra başçısının milyonluq biznesi — SƏNƏD
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilovun milyonluq biznesi üzə çıxıb.

Sfera.az xəbər verir ki, araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, icra başçısına qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, Sahil qəsəbəsj, Emin Quliyev pr, ev 50, m. 14 ünvanında qeydiyyatda olan Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib:

"Karxana "Qaradağ çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib. Məsələnin daha maraqlı tərəfi, "Qaradağ çınqıl” MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub”.

C.Həsənli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ rayon icra hakimiyyətindən "təkzib” gözləyidiyini əlavə edib:

"Ümid edirəm, Qarabağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər. Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada – qulağımın dibində şirkət açması da bir ayrı mövzudur”.(aztoday.az)

Fotoları təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR