Logo

Bu şəxslərin NƏZƏRİNƏ: Cərimə oluna bilərsiz

Bu şəxslərin NƏZƏRİNƏ: Cərimə oluna bilərsiz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fəaliyyətinə icazə verilən obyektlərdə nəzərdə tutulan qaydalara riayət olunmazsa və xəstəliyin yoluxmasına real təhlükə yaranarsa, məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər".

Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV-də çıxışı zamanı bildirib.

DİN rəsmisi qeyd edib ki, sözügedən obyektlərin hansı qaydalara riayət edəcəyi ilə bağlı metodik göstərişlər hazırlanaraq artıq icraya yönəldilib:

"Hər bir ticarət mərkəzində antiseptik maddələr olmalıdır. Respublika rayonlarında fəaliyyətə başlamış ictimai iaşə obyektlərində masalararası məsafə 2, stullar arası məsafə isə 1 metr olmalıdır. Hər bir vətəndaşa xidmət göstərildikdən sonra masa və stullar antiseptik maddələrlə dezinfeksiya edilməlidir. Gözəllik salonları, bərbərlərdə də oturacaqlararası məsafə 2 metr olaraq saxlanılmalıdır. Obyektlər həm açılanda, həm də bağlanan zaman orada dezinfeksiya işləri aparılmalıdır".

<iframe id="pjsfrrsvast_player_39351588662181416" scrolling="no" allowfullscreen="true" allowtransparency="true" allow-scripts="true" style="-webkit-font-smoothing: antialiased; overflow: visible; touch-action: manipulation; transform-origin: center center; -webkit-tap-highlight-color: transparent; width: 696.5px; position: absolute; height: 392.063px; border-width: 0px; border-style: initial; pointer-events: none; box-sizing: content-box !important; direction: ltr !important; max-width: none !important; max-height: none !important;"></iframe>

Ə. Baqişevin sözlərinə görə, xüsusi karantin rejimində metodik göstərişlərə riayət olunmasına bilavasitə DİN nəzarət edir: "İlk növbədə sahibkar, icarədarlara bu göstərişlərə əməl olunması tövsiyə olunacaq. Hazırda bu göstərişlərin pozulması hallarına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Ancaq əgər qaydalara riayət olunmazsa, bu zaman məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR