Logo

BNA: Daşıyıcı şirkətlərin karantin dövründə davranışları onlarla bağlı qərarlara təsir edəcək

BNA: Daşıyıcı şirkətlərin karantin dövründə davranışları onlarla bağlı qərarlara təsir edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "İndiki dövrdə avtobusların xətlərdən çıxarılması deyil, ancaq xətlərə daxil edilməsi baş verə bilər”.

Sfera.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Daşıyıcıların bu günlərdə yanaşması bizim tərəfimizdən izlənilir. Pandemiya dövründən sonra qərarlar həmin istiqamətlərdə veriləcək ki, qoyulan qaydalara hansı şirkətlər daha ciddi əməl etdi, hansılar isə dırnaqarası yanaşdı”, - o əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR