Logo

Millət vəkili onlayn qəbul keçirdi - FOTOLAR

Millət vəkili onlayn qəbul keçirdi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Pandemiyanın davam etdiyi vaxt ərzində seçicimin qayğısına qalıb, onları narahat edən məsələləri həll etmək üçün var gücümlə çalışıram”.

Sfera.az xəbər verir ki, bu sözlər millət vəkili Könül Nurullayeva sosial şəbəkə üzərindən seçicilərinə ünvanladığı müraciətdəndir. Millət vəkili həmçinin təşkil etdiyi onlayn müraciət haqda da məlumat verib:

"Dünən seçicilərim ilə növbəti onlayn qəbul baş tutdu! Əvvəlcədən elan etdiyim onlayn görüşün nəticəsi olaraq, Nizami rayon sakinlərindən 57 nəfərin müraciətini cavablandıraraq həlli istiqamətində tədbirlər gördüm.Eyni zamanda ötən həftə ərzində işçi qrupa daxil olan müraciətlərə əsasən tənha yaşayan ahıl vətəndaşlarımıza, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələrə, karantin dövründə həqiqi ehtiyacı olan 200-dən çox ailəyə köməklik göstərərək onların zəruri ehtiyaclarını qarşıladıq.Sizlərin müraciətlərini eşitmək, Sizinlə canlı təmas qurmaq üçün növbəti onlayn qəbul 06 May 2020-ci il tarixdə saat 15:00-dan başlayacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR