“Heç olmasa, 2-3 ay ödənişləri saxlamaq, faizləri dondurmaq lazımdır…” - DEPUTAT YENİDƏN BANKLARA SƏSLƏNDİ VƏ…
Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəruz Məhərrəmov deputat seçildiyi Biləsuvar rayonunun seçiciləri ilə sosial şəbəkə üzərindən qurduğu canlı yayında yolların vəziyyəti ilə bağlı ona ünvanlanan bir neçə suala cavabında bildirib.
Millət vəkili eyni zamanda, banklarla bağlı məsələyə toxunub və bank sektorunun onun müraciətinə, təklifinə hələ də cavab verməməsindən təəssüfləndiyini bildirib.
Qeyd edib ki, heç kim bankların üzərinə getmir, onlara təzyiq etmir.
"Ancaq söhbət ondan gedir və müraciətim də ondan ibarətdir ki, heç olmasa, 2-3 ay ödənişləri saxlamaq, faizləri dondurmaq lazımdır. Banklar bu addıma getməlidir. Hələlik gözləyirəm, cavab verməsələr, adlarını açıqlayacağam. Hesab edirəm ki, bu məsələ nəzərə alınmalıdır, vətəndaşlar incidilməməlidir…”-deyə, o, əlavə edib.







