Logo

Azərbaycanda bu qadağa 2 ay uzadıldı - Baş nazirdən qərar

Azərbaycanda bu qadağa 2 ay uzadıldı - Baş nazirdən qərar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.

Sfera.az-ın  məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bu müddət mayın 1-dən  iyulun 1-dək uzadılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR