Yay vaxtına keçidlə bağlı qərar – QÜVVƏDƏDİR

Yay vaxtına keçidlə bağlı qərar – QÜVVƏDƏDİR
Akademiya Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini Prezident Administrasiyası, Nazirlər Kabinetinə göndərib.
Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev deyib.
O qeyd edib ki, AMEA yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi ilə bağlı məsələyə elmi baxışını ortaya qoyub: 
"Biz bu məsələdə qərar qəbul edən qurum deyilik, təklif vermişik. Bizdən başqa, bu məsələ ilə bağlı müvafiq olaraq digər təşkilatlara da müraciət olunub. Qeyd etdiyim kimi, biz artıq məsələyə münasibətimizi ortaya qoymuşuq”
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirib ki, martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərar qüvvədədir. Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. 
Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib.
Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bu il martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Həmin gün saat 04.00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...