Karantindən çıxışla bağlı yeni qaydaların təqdim olunacağı vaxt açıqlandı - RƏSMİ + VİDEO
Kateqoriya məlum deyil
"Hazırda aidiyyəti orqanlar tərəfindən bu şəraitdə yeni qaydaların hazırlanması prosesi yekunlaşır”.
Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, yeni qaydalar gələn həftənin əvvəlindən sahibkar, müştəri və vətəndaşlara təqdim olunacaq:
"Dövlətin dəstək tədbirləri virusla aparıcı mövqedə deyil. Vətəndaşların da üzərinə böyük yük düşür və sahibkarlar da bir vətəndaş kimi öz töhfəsini verməlidir”.






