15 yaşlı qız özünü dənizə ataraq intihar edib
Kateqoriya məlum deyil
Sumqayıtda intihar hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, 2001-ci il təvəllüdlü Aydan Əsgərzadənin dənizdə boğulmuş meyiti tapılıb. İlkin məlumatlara görə, o, intihar məqsədi ilə özünü dənizə atıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.






