Logo

Azərbaycanın bu rayonunda heç kimdə KORONAVİRUS YOXDUR

Azərbaycanın bu rayonunda heç kimdə KORONAVİRUS YOXDUR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.

V.İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:

"Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.

Qeyd edək ki, rayon ərazisində karantin rejimi davam edir. Şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl edir. (axeber)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR