Logo

“CNN İnternational”ın saytında Türkiyəni sildilər

“CNN İnternational”ın saytında Türkiyəni sildilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"CNN İnternational” web-saytında Türkiyə ərazisinin olmadığı xəritəni yayaraq qalmaqala imza atıb.
"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, "CNN İnternational”ın səyahətçilər üçün hazırladığı xəritədə bəzi istirahət nöqtələri və şəhərlər haqqında qısa məlumatlar yer alır.
Məlumatlarda, xəritədə işarəli şəhərlərə getmək üçün ən aşağı xərcli hava yolları göstərilir. Lakin bütün qitələrin yer aldığı kiçik miqyaslı xəritədə, Asiya və Avropa arasında Türkiyənin göstərilməməsi diqqət çəkir. Aralıq Dənizi, Qara dəniz və Egey Dənizinin birləşimində Türkiyə qitələr arası dəniz təəssüratı yaradır. Xəritənin kim tərəfindən hazırlandığı və ya haradan alındığı haqqında heç bir məlumat yoxdur.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR