Logo

Bakıdan kənarda unudulan xüsusi karantin rejimi - VİDEO

Bakıdan kənarda unudulan xüsusi karantin rejimi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 

Karantin rejimi olmasına baxmayaraq Bakıdan kənarda küçələrdə xüsusi sıxlıq yaşanır. Şəhərin mərkəzində xüsusi karantin rejiminə daha çox riayət olunur, nəinki şəhərdən kənarda.

Sfera.az  xəbər verir ki, Xırdalan şəhəri karantin yox, özünün yaz günlərindən birini yaşayır. Elə koronavirusun olmadığı adi aprel günləri kimi.

Səkilərdə rahat-rahat gəzən insanlarə, yollarda şütüyən avtomobilləri görəndə "Bəs xüsusi karantin rejimi, bəs xəstəlik?" deyə, düşünürük. Amma Xırdalan insanı bu cür düşündürən tək yer deyil. Paytaxtdan, daha doğrusu, paytaxtın mərkəzindən bir az aralı düşən Lökbatan qəsəbəsində də eyni vəziyyət müşayiət olunur.

Riayət etməyənlər cərimələrin tətbiqini unutmamalıdır. Təkcə ötən gün 5000-dən çox insan cərimə edilib. Qaydaları pozanlar sanki nə cərimələrdən, nə də virusdan qorxur. Amma unutmaq olmaz ki, kənddən, şəhərdən asılı olmayaraq hər yerdə müəyyən edilən qaydalara əməl etmək lazımdır. Yoxsa milyonlarla insanı öldürən virusla mübarizə aparmaq çətin olacaq...

Yuxarıda söylədiklərimizə əyani sübut olaraq ARB-nin hazırladığı reportajı təqdim edirik:

(arb)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR