Parlamentdə kreditlərdən danışdılar

Parlamentdə kreditlərdən danışdılar
Ötən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Halbuki, bunu üçün bütün imkanlar var idi.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.
"Manatın 48%-lik devalvasiyası Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcmi manat ekvivalentində artmasına səbəb olub. Həmin vəsaitdən kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma sərf olunmadı. 
21 fevral devalvasiyasından öncə dollarda kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20 min 800 manat ödəməlidir. 
Bu, manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. 
Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil, narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mən təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin”, - deyə millət vəkili bildirib.

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...