Logo

BNA 155 ailəyə ərzaq paylayıb

BNA 155 ailəyə ərzaq paylayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan 155 ailəyə ilkin tələbat məhsullarından ibarət ərzaq sovqatları paylanılıb.

Bu barədə Sfera.az-a BNA-dan məlumat verilib.

Bildirilib ki, məqsəd koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaqdır.

Aksiya çərçivəsində kənd sakinlərinə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələrinin, zərurət olmadan digər şəxslərlə təmasda olmamalarının və şəxsi gigiyena qaydalarına əməl olunmasının vacibliyi bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR