Banklara təxminən 2 milyard dollar satılıb
12:40 / 15.03.2016
952
2016-cı il martın 15-i tarixinə Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə 1,9 milyard dollardan çox valyuta satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz Facebook səhifəsində yazıb.
"Bu vəsaitin 1,15 milyard dolları Dövlət Neft Fondunun, 786 milyon dolları Mərkəzi Bankın payına düşüb. Ən böyük satış yanvarda olub. İlin ilk ayında ümumilikdə 1 milyarddan çox dollar satılıb.
Fevralda 545 milyon, martın ilk yarısında 380 milyon dollar satılıb,” – deyə ekspert yazıb.
Bundan başqa, onun sözlərinə görə, MB mart ayının ilk yarısında satış həyata keçirməyib:
"Mart ayının ilk yarısında Mərkəzi Bank ehtiyatlarını qorumağa üstünlük verib və satış həyata keçirməyib. Neft Fondu isə bu müddətdə 380 milyon dollar satıb”.