Logo

ATV-nin əməkdaşının üçəm nəvəsi oldu

ATV-nin əməkdaşının üçəm nəvəsi oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanda azərbaycanlı ailəsində üçəm doğulub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, martın 14-də Qardabani rayonun Nəzərli kəndindən olan Nuridə Abdullayeva Tiflisin Quduşauri doğum xəstəxanasında üçəm körpə dünyaya gətirib. Körpələrdən ikisi qız, biri oğlandır. Onlar Nuridə və Oqtay Abdullayevin ilk övladlarıdır.

Üçəmlərin babası ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğludur. N. Almazoğlu APA-nın əməkdaşına bunları deyib: "Bir il əvvəl ailə quran qızım Nuridənin üç övladı olub. Qızımın və körpələrin durumu normaldır. Üçəmlərdən birinin çəkisi 1,9, digərləri 1, 95 kq-dır. Boyları isə 45, 46 və 47 sm-dir. Onlara Elif, Eylül və Elvin adları qoyulub”.

ATV-nin əməkdaşının üçəm nəvəsi oldu
ATV-nin əməkdaşının üçəm nəvəsi oldu
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR