Prezidentdən Elman Rüstəmovla bağlı SƏRƏNCAM
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıram:
Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin".






