Logo

Bakıda doğulmuş afrikalı milyarder: “Pandemiya dövründə qadın olmaq...” - FOTO

Bakıda doğulmuş afrikalı milyarder: “Pandemiya dövründə qadın olmaq...” - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Pandemiyanın ortasında bir qadın olmaq ... asan deyil!”.

Sfera.az xəbər verir ki, bunu Anqolanın sabiq prezidenti Juze Edvardu dus Santuşun qızı, Afrikanın milyarder xanımı İzabel deyib. Altı gün sonra Bakıda doğulmasının 47-ci ilini qeyd edəcək İzabel dus Santuş pandemiya dövründə qadın olmağın asan iş olmadığına "Instagram” vasitəsilə diqqət çəkməyə çalışıb:

"Evimizi nəzarətə götürməliyik, işimizi qorumalıyıq, ailəmizin təhlükəsizliyini təmin etməliyik. Pandemiya dövründə qadın olmaq öz nəslini təhlükədən qoruyan ana şir olmaqdır. Şükürlər olsun ki, biz afrikalı qadın kimi güclü, dözümlü, cəsarətliyik. Biz birlikdə ayaq üstə qalacağıq”.

Xatırladaq ki, İzabel 1969-1973-cü illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası – S.M.) təhsil alan Juze Edvardu dus Santuşla rus Tatyana Kukanovanın nikahı zamanı Bakıda doğulub. Atası 1979-2017-ci illərdə Anqolanın üçüncü prezidenti olub.

Məşhur "Forbes” jurnalı 2013-cü ildəki araşdırmasına görə, 2 milyard dollara sahib olan İzabel dus Santuşu Afrikanın ilk qadın milyarderi adlandırıb. Lakin atasının prezidentliyi dönəmində ölkə xəzinəsinə vurduğu maddi ziyana görə Portuqaliya və Anqola prokurorluğu onun bütün bank hesablarını dondurub.

(oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR