Logo

Niyə e-sosial.az-da qeydiyyatdan keçmək çətindir? – Ekspert “ayrılan pulları yeyiblər” dedi

Niyə e-sosial.az-da qeydiyyatdan keçmək çətindir? – Ekspert “ayrılan pulları yeyiblər” dedi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu hal bir daha sübut edir ki, Azərbaycanın dövlət qurumlarına büdcədən elektron formata keçid üçün ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir”.

Sfera.az-a açıqlamasında bu sözləri 190 manat yardım alamaq üçün e-sosial.az saytında işsiz kimi qeydiyyatdan keçmək prosesinin çətinliyi, sitemin işləməməsinin səbəblərini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Görürük ki, müvafiq dövlət orqanları kağız üzərində on minlərlə manat vəsait ayıraraq, saytlar qursa, alt yapısını yaratsa da,bu işi çox zəif və primitiv şəkildə edirlər. Belədə, görünür həmin ayrılan vəsaitin heç də hamısı ora xərclənmir”.

N. Cəfərli bildirdi ki, onlayn infrastruktur çox zəifdir. Ona görə də sayta daxil olanların çox olması fonunda sistem çöküb: "İnfrastrukturu qura bilməyiblər. Onlayn infrastruktur çox zəifdir. Bu fonda iştirakçıların, sayta işsiz statusu üçün daxil olanların sayının çox, on minlərlə olduğunu nəzərə alsaq, sayt da mövcud vəziyyətə dözmür. İzsizlərin sayı ölkəmizdə hökumətin açıqladığı rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur. Məhz sayta daxil olanların sayının çox olması infrastrukturun zəifliyi nəticəsində sistemin çökməsinə səbəb olub. Onlayn daxilolmaların sayı artdıqca saytın hostinqi və alt yapısı buna dözmür və nəticədə texniki problemlər yaranır. İnsanlar daxil ola bilmir. Bu bir daha sübut edir ki, Azərbaycanın dövlət qurumlarına büdcədən elektron formata keçid üçün ayrılan vəsait təyinatı üzrə xərclənmir.Təyinat üzrə xərclənsəydi daha böyük həcmdə ziyarətlərə davam gətirə biləcək keyfiyyətli saytlar qurulmalı idi. Amma bu baş vermədi. Deməli, problem həmin saytların alt yapısının qurulmasındadır. Bir neçə dəfə belə vəziyyətin şahidi olmuşuq. Bundan əvvəl sosial mənzillərlə bağlı da anoloji hal baş verdi. Ziyarət edənlərin sayının çox olması saytı o zaman da çökdürdü”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR