Logo

Azərbaycan Beynəlxalq Bankı bu ay ərzində tibb işçilərinə ödənişsiz xidmət göstərəcək

Azərbaycan Beynəlxalq Bankı bu ay ərzində tibb işçilərinə ödənişsiz xidmət göstərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə böyük

qəhrəmanlıq göstərən tibb işçilərimizə ehtiram nümunəsi olaraq Azərbaycan

Beynəlxalq Bankı maraqlı bir kampaniya elan edib.

7 aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar start verilən kampaniya

çərçivəsində aprel ayının sonunadək ölkəmizin tibb işçiləri bu bankın

xidmətlərindən ödənişsiz istifadə edəcəklər. Məsələn, kassa əməliyyatları,

respublika daxilində və xaricə köçürmələr, eləcə də hesablardan arayışların

verilməsi və s. üçün tibb işçilərindən heç bir komissiya haqqı tutulmayacaq.

Bankın ödənişsiz xidmətləri ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir

Həbibullayev bildirib: "COVİD-19 pandemiyasına qarşı mübarizədə əsas yük tibb

işçilərinin üzərinə düşür. Azərbaycanın tibb işçiləri bu prosesdə böyük fədakarlıq

göstərirlər. Biz də yaratdığımız imkanlarla bu insanlara faydalı olmaq istəyirik.

Pandemiyanın qarşısının alınmasına gərgin əmək sərf edən hər bir tibb işçisinə

minnətdarlığımızı bildirirək onları kampaniyamızdan faydalanmağa çağırırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və

xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az

internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi

Facebook səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR