"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Ölkədə yayılmış koronavirus infeksiyasına
qarşı mübarizə tədbirlərinə dəstək olaraq "Nar", abunəçilərinin evdən
çıxmadan zəruri xidmətləri ala bilməsi üçün "Səyyar Nar” layihəsinə start
verib. Bu xidmət sayəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər
evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər.
Abunəçilər "Nar"
xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də duplikat və nömrə
bərpası əməliyyatları üçün "Səyyar Nar”a müraciət edə bilərlər. Müraciətlər
24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ və mobil
operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət
zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət
növü qeyd edilməlidir.
Xatırladaq ki, abunəçilər
tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı
qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə
yerinə yetirə bilərlər.
"Nar" hər kəsi
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət
olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər
etməyə çağırır.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.






