Logo

Əhaliyə spirtlə bağlı ciddi XƏBƏRDARLIQ

Əhaliyə spirtlə bağlı ciddi XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan spirtlə bağlı əhaliyə müraciət edib.

Sfera.az  xəbər verir ki, müraciətdə apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur:

"Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!”

Qeyd edək ki, martın 21-dən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Metil spirti zəhərlənməsi" diaqnozu ilə ümumilikdə 13 nəfər müraciət edib. Həmin şəxslərdən səkkizi ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR