Logo

İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.

Sfera.az bildirir ki, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:

"İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR