Logo

Bank of Baku Elektron Kommersiya Xidmətini PULSUZ etdi!

Bank of Baku Elektron Kommersiya Xidmətini PULSUZ etdi!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirus pandemiyasının iqtisadiyyatda yaratdığı dalğalanmaların mənfi təsirinin

azaldılması yönündə ölkə miqyasında atılan addımlara dəstək olan Bank of Baku, onlayn

ticarətlə məşğul olmaq istəyən biznes sahiblərinə özəl kampaniyaya start verir.

Belə ki, biznesini onlayn platformada qurmaq istəyən iş adamları və ya internet mağaza

sahibləri Bank of Baku-nun təklif etdiyi Elektron Kommersiya xidmətinə (E-commerce)

PULSUZ qoşula və xidmətdən heç bir KOMİSSİYA HAQQI ödəmədən yararlanana

biləcəklər.

Bu xidməti alış-veriş saytında və ya mobil tətbiqində aktiv edən iş adamları, müştərilərinə

etdikləri alış-verişin xərcini onlayn ödəmə imkanı verəcək. Yəni, alıcılar olduqları məkanı

tərk etmədən almaq istədikləri məhsulu onlayn alacaq və ödənişlərini həyata keçirə biləcəklər.

Xidmətdən faydalanan ticarət sahibləri aşağıdakı üstünlüklərə də sahib olacaqlar:

 Peşəkar mütəxəssislər tərəfindən xidmətin PULSUZ quraşdırılması;

 Bank of Baku tərəfindən konsultasiya xidməti;

 İstənilən bank kartı ilə və 24/7 rejimində ödəniş qəbul etmə imkanı;

 Ödənişlərin sürətli toplanması;

 Admin paneldə ödənişlərə nəzarət imkanı.

E-commerce xidmətindən istifadə etməklə öz məhsul və ya xidmətlərini geniş müştəri

kütləsinə çatdırmaq istəyən biznes sahibləri 30 aprel tarixinə kimi Bank of Baku-ya müraciət

edərək, bu xidmətdən 3 AY müddətinə, yəni, 30 iyun 2020-ci il tarixinədək tamamilə

PULSUZ və KOMİSSİYASIZ faydalana bilərlər.

Kampaniyadan yararlanmaq və daha ətraflı məlumat əldə etmək istəyən şəxslər Bank of

Baku-nun 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə -

www.bankofbaku.com daxil ola bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR