Logo

Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi

Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev məhkəməyə müraciət edib.

Sfera.az xəbər verir ki, Əvəz İlyas oğlu Qocayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı məhkəməyə verib.

Məhkəmə aprel ayının 7-də Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytında Əvəz Qocayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və müharibə veteranı adı alması xəbəridə yer alıb. Belə ki, Əvəz Qocayev  1993-cü ildə qısa müddət  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib vəzifəsində çalışıb. (yenisabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR