DİM vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Kateqoriya məlum deyil
Dövlət İmtahan Mərkəzində və onun regional bölmələrində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.
Sfera.az xəbər verir ki, mərkəzdən trend-ə verilən məlumata əsasən, hazırda vətəndaşların müraciətləri şənbə və bazar günləri istisna olmaqla saat 10-dan 17-dək 1653 Çağrı Mərkəzi vasitəsilə cavablandırılır.
Mərkəzin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılır.
Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki ("Facebook”, "Instagram”, "Twitter” "Telegram”) hesablarını izləyə bilərlər.






