Bakı virtual turlar üçün MDB şəhərləri arasında ilk onluqdadır
Kateqoriya məlum deyil
Rusiyanın "TurStat” turizm portalı virtual turlar və səyahətlər üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.
Sfera.az-ın trend-ə istinadla məlumatına görə, Bakı bu reytinqdə ilk onluqda yer alıb.
Liderlər sırasında Minsk (Belarus), Almatı (Qazaxıstan) və Daşkənd (Özbəkistan) qərarlaşıb.
İlk onluğa həmçinin Vitebsk (Belarus), Nur-Sultan (Qazaxıstan), Bişkek (Qırğızıstan), Yerevan (Ermənistan), Kişinyov (Moldova) və Düşənbə (Tacikistan) daxil olib.






