İlham Əliyev görüşlər keçirdi – YENİLƏNİB
Kateqoriya məlum deyil
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edildi.
Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğu bildirildi, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulandı.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu səfəri zamanı da Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirildiyi bildirildi.
Bu tədbirin beynəlxalq və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı qeyd olundu, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Forumun mühüm əhəmiyyət daşıdığı vurğulandı.
15:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edildi.
Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirildi və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulandı.
Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edildi, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edildi.
Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirildi.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, yüksək səviyyədə təşkil edilən tədbirin ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunun getdikcə daha da artdığı bildirildi. Qeyd olundu ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.