Logo

Nazirliyə bir ayda 10 min müraciət edilib

Nazirliyə bir ayda 10 min müraciət edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına 10176 müraciət daxil olub. Müraciətlərdən 97,6%-i ərizə, 2,1%-i şikayət, 0,3%-i təklifdir.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, müraciətlərin 55%-i müxtəlif arayışların alınması, 15,1%-i kameral vergi yoxlamaları, 7,3%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,9%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7% azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3% az olub.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 394 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR