Logo

Nizami rayonunun icra başçısı Arif Qasımovun xəyanəti - İFŞA OLUNUR

Nizami rayonunun icra başçısı Arif Qasımovun xəyanəti - İFŞA OLUNUR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İcra başçısı Siyəzənlə Nizami rayonlarını səhv salıb, idarə müdirləri isə onun bu hərəkətinə gülürlər

Nizami rayonunun icra başçısı Arif Qasımov bir müddət əvvələ qədər rəhbərlik etdiyi işləri qatıb-qarışdırıb.
İcra başçısının rusca desək «kaşa-malaşa» yaratmasının səbəbi isə onun Siyəzənlə Nizami rayonlarını səhv salmasıdır.
Məlumatda deyilir ki, ölkədə sosial-iqtisadi böhran yaşandığı bir vaxtda sahibkarlardan xərac yığan Qasımov, yerli idarə və müəssisə rəhəbrələrini də «özbaşına» buraxmayıb. Belə ki, icra başçısı onlardan da konkret məbləğlərdə pul tələb edir və bunu rayonda abadlıq işləri aparacağı ilə əsaslandırır.
Mənbələrin sözlərinə görə, Arif Qasımov Siyəzən rayonuna rəhbərlik etdiyi zamanlarda oradakı bütün idarə və müəssisə rəhbərləri üçün «nisyə dəftəri» açıbmış. Belə ki, o, rayonda tikinti işləri aparmaq adı altında pul yığdırarkən, pulu olmayan müəssisə rəhbərlərinin yerinə özü pul qoyaraq, onların da adlarını həmin «dəftərə» yazırmış.
Qeyd edilir ki, Arif Qasımov «nisyə dəftəri»nidə təkcə məbləği deyil, həmçinin pulun veriləcəyi tarixləri də yazdırırmış. İndi isə həmin prosesi Nizami rayonunda da tətbiq etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, bir neçə idarə və müəssisə rəhbəri icra başçısının bu hərəkətlərinə gülərək, onu ələ salmaqdan da çəkinməyiblər. /jam.az
Arif Qasımov sahibkarlara "göz verir, işıq vermir"
Ötən il ölkə prezidenti İlham Əliyev dəfələrlə dövlət qurumlarına xəbərdarlıq edərək sahibkarlara qarşı qanunsuz əməllərə son qoymağı, səbəbsiz yoxlamalara, sahibkarlardan icra başçılarının sahibkarlardan haqq almasına və digər neqativ hallara son verməyi ən qəti şəkildə məmurlardan tələb edib. 

Ötən ilin oktyabr ayında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması ilə başladılan "MTN işi" əməliyyatının da, dövlət başçısının məhz sahibkarlara qarşı olan təzyiqləri ortadan qaldırmaq məqsədi ilə başlatdığı da sirr deyil. Ümumilikdə isə ötən il sahibkarların məmur özbaşınalıqlarından qorunması üçün bir sıra ciddi addımlar atılıb. Bu addımlar sahibkarların ölkə iqtisadiyyatına daha böyük töhvələr verə bilməsi üçün stimul rolu oynamaqdadır. 

Lakin çox təəssüflə qeyd etməliyik ki, ölkə prezidenti İlham Əliyevin ən qəti şəkildə tapşırıqlar verməsinə baxmayraq, hələ də bəzi məmurlar, icra hakimiyyəti başçıları sahibkarları incitməkdən, onların halal gəlirlərinə əl qoymaqdan əl çəkmirlər. Bəlli səbəbədən adının açıqlanmasını istəmyən sahibkarın AzMedia-ya ünvanladığı məktubda bildirilir ki, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Nizami rayonununa başçı təyin olunduğu qısa zaman ərzində rayonda fəaliyyət göstərən sahibkarlara qarşı qanunsuz təzyiqlər həddindən artıq artıb. 

Şikayətçi bildirir ki, cəmi 5 aydır Nizami rayonununa rəhbərlik etməsinə baxmayraq, Arif Qasımov sahibkarlara "göz verir, işıq vermir". İddiaya əsasən icra başçısı sahibkarlardan icra hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirovun vasitəsi ilə aylıq "haqq" tələb edir. Bundan imtina edən sahibkarlara isə ən müxtəlif yollarla təzyiq olunur.

Qeyd edək ki, azmedia.info-nun Nizami rayonunda apardığı araşdırma zamanı digər mənbələr də iddianı təsdiqləyib. Saytın əməkdaşının əlaqə saxladığı sahibkarların bəziləri açıq söhbət etməkdən qorxsalar da, bəzi sahibkarlar bildiriblər ki, faktiki olaraq Arif Qasımovun yaxın adamları rayonda mütəşəkkil dəstə yaradıb. Rayonun biznes sahələrini əhatə edən ərazilər Arif Qasımov tərəfindən mütəşəkkil dəstə arasında bölüşdürdüyü deyilir.

Qeyd edək ki, iddialarla bağlı Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə cəhd etdik. Telefon zəngimizi cavablandıran icra hakimiyyətinin işçisi özünü təqdim etmədən bildirdi ki, iddilar tamamilə şər və böhtandan ibarətdir və icra hakimiyyəti böhtan xarakterli məsələlərə mövqe bildirmir./azmedia
Redaksiyamıza Nizami rayonunun icra başçısı Arif Qasımovla bağlı bir sıra faktlarla dolu məlumatlar daxil olub. Dəqiqləşmə işləri başa çatdıqdan sonra saytımızda dərc ediləcəkdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR