Logo

“Axır ki, İrəvanla tək qaldıq…” – Keçmiş nazirdən Qarabağda müharibə ANONSU

“Axır ki, İrəvanla tək qaldıq…” – Keçmiş nazirdən Qarabağda müharibə ANONSU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Axır ki, tək qaldıq – Ermənistan, Azərbaycan və koronavirus. Bir həftə öncə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, regionda yeganə dəstək strukturuna rəhbərlik edən Kasprşik özünü prosesdən kənarlaşdırdı. KTMT, NATO, AB və MDB ölkələri sərhədləri bağlayıb, bütün ünsiyyətləri bir-biri ilə dayandırdı…

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. O bildirib ki, Amerika maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər:

"Nə demək istəyirəm? Cavab sadədir. Pandemiyadan əvvəlki bildiyimiz beynəlxalq münasibətlər sistemi çökdü. Böhran bitdikdən sonra hər şeyin əvvəlki kimi olacağına inam yoxdur. Buna görə reallıq odur ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətə təsir edən iki oyunçu var: Ermənistan və Azərbaycan.

Düşünürəm ki, bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər: Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?”

axar.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR