Logo

Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək - RƏSMİ

Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Rayon qeydiyyatında olan vətəndaşlar Bakıdakı işlərinə gələ biləcəklər”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu məsələlər Daxili İşlər Nazirliyi tərəfindən yerindəcə həll olunacaq:

"Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda, bir qərarla etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bu məslələr vətəndaşların xeyrinə həll olunacaq”.

"Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”, - deyə o qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR