Nazirlər Kabineti: Fövqəladə rejimin elan olunmasına hələ ehtiyac yoxdur
Kateqoriya məlum deyil
Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur.
Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi yenə də istisna da edilmir: "Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər".






