Logo

Nazirlik ərzaq mağazaları və apteklərlə bağlı məlumat yaydı

Nazirlik ərzaq mağazaları və apteklərlə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur"

Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.
İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR