Xalq artisti Muxtar Maniyevin səhhəti pisləşdi
Kateqoriya məlum deyil
Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib.
Sfera.az bildirir ki, aktyorun həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, vəziyyəti ağırlaşan xalq artisti Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkimlər Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən aktyorun vəziyyətini ağır qiymətləndirirlər.
Qeyd edək ki, xalq artisti yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.






