Logo

Kontakt Home Koronavirusa görə loqosuna dəyişiklik etdi

Kontakt Home Koronavirusa görə loqosuna dəyişiklik etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kontakt Home koronavirus infeksiyası ilə mübarizə məqsədilə loqosunu bu mövzuya uyğun adaptasiya

edib. Adaptasiya olunmuş yeni loqo müvəqqəti xarakter daşıyır, "KontaktWithHome” (ev ilə kontaktda) sosial

mesajını özündə birləşdirir və insanları daha çox ev ilə təmasda olmağa və karantin tədbirlərinə əməl etməyə

çağırır.

Bu yaxınlarda sloveniyalı dizayner MasterCard, Nike, Starbucks, LinkedIn kimi markaların koronavirusa

uyğun dəyişmişdi. Bu adaptasiyadan sonra dünyaca məşhur digər markalar da həmin sosial çağırışa qoşulmağa

başlamışdı.

Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə

Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şəbəkə öz fəaliyyətində

təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün

müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Kontakt Home Koronavirusa görə loqosuna dəyişiklik etdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR